Qazaxda icbari tibbi sığorta sistemi haqqında məlumatlılığının artırılması ilə bağlı tədbir keçirilib
27.01.2024 10:21
Qazax Rayon Mərkəzi Xəstəxanası və Təhsil Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə icbari tibbi sığorta sistemi haqqında məlumatlılığının artırılması ilə bağlı tədbir keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, tədbirdə Qazax Rayon Mərkəzi Xəstəxanasının məsul şəxsləri və gənclər iştirak ediblər.
 
Xəstəxananın əməkdaşları tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.
 
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
 
Tədbirin əsas məqsədi kütləvi maarifləndirmə ilə yanaşı, daha çox vətəndaşın İcbari Tibbi Sığorta ilə bağlı birbaşa mənbədən və peşəkar ekspertlərdən məlumat almasını təmin etmək olub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır