Ölüm ayağında Kliniki Tibbi Mərkəzə daxil olan azyaşlı həyata qaytarılıb
26.01.2024 10:00
13 yaşlı xəstə 11.01.2024-ci il tarixində çox ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Azyaşlıda sol qolun şişkinliyi, bədən temperaturunun yüksəlməsi, kəskin ağrı, ümumi halsızlıq, iştahasızlıq şikayətləri mövcud olub.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, aparılan müayinələrə əsasən xəstəyə sol bazu sümüyünün kəskin hemotegen osteomieliti (septiopiemik forma) və sol yuxarı ətrafın fleqmonası (irinliyi) diaqnozu qoyulub.
 
Daha sonra həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə xəstəyə irinliyin (fleqmonanın) açılması, sol bazu sümüyün osteoperforasiyası, irinliyin sanasiyası və drenajı əməliyyatı icra edilib.
 
Əməliyyatdan sonra xəstəyə intensiv müalicələr, dezintaksion tədbirlər davam etdirilib. Görülən tədbirlər nəticəsində xəstənin ümumi vəziyyətində stabilləşmə və müsbət dinamika müşahidə olunub. Xəstənin stasionar müalicələri davam etdirilir, vəziyyəti tam normallaşdıqdan sonra isə ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır