“Xəstəxanadaxili infeksiyalarla mübarizə” mövzusunda seminar keçirilib
26.01.2024 09:51
Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Xəstəxanadaxili infeksiyalarla mübarizə tədbirləri” mövzusunda seminar keçirilib.
 
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən xəbərə görə, tədbirdə ekspertlər öz bilik və təcrübələrini muxtar respublikada tibb sahəsində işləyən aidiyyatı tibbi heyətlə bölüşüblər.
 
Seminarda AZDAS (Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya) İctimai Birliyinin sədri Yusuf Ceyhan da iştirak edib. Doktor İmran Məhərrəmovun təqdimatında infeksiyaya nəzarət üzrə kritik mövzularda – “Xəstəxanadaxili infeksiyalar və onunla mübarizə tədbirləri”, “Xəstəxanadaxili infeksiyalarla mübarizə tədbirləri çərçivəsində əllərin təmizliyi və antiseptikası”, “Səthlərin və sahələrin təmizlik və dezinfeksiyası”, “Alətlərin təmizlik və dezinfeksiyası”, “Alətlərin yüksək səviyyəli dezinfeksiyası və ya soyuq sterilizasiyası” mövzularında təlim keçirilib. Həmçinin bu sahədə istifadə olunan ən modern məhsullar və onların istifadə qaydalarının təqdimatı da edilib.
 
Qeyd edək ki, seminar öz işini Culfa rayon Regional Tibb Mərkəzində davam etdirəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır