Mərkəzi Gömrük Hospitalında seminar: “Uroloji travmalara klinik yanaşmalar”   
25.01.2024 15:16
Mərkəzi Gömrük Hospitalında "Uroloji travmalara klinik yanaşmalar" mövzusunda seminar təşkil olunub.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov mövzu üzrə təqdimatla çıxış edib.
 
Seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov, ümuni cəhhar Aynur Səfiyeva, sonoloq Tükəzban Abdullayeva, uroloqlar, təcili yardım həkimləri, urologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştirak ediblər.
 
Bəhruz Xalıqov çıxışında xarici təsirlərin səbəb olduğu fiziki bir yaralanma və ya canlı toxumada bir yara olaraq bilinən travmaların növləri, kəsikli görüntülənməyə olan göstərişlər, eləcə də Mərkəzi Gömrük Hospitalında müalicə etdiyi kişi posterior uretra travmaları, qadın uretra travmaları, sling və digər mürəkkəb əməliyyatlara göstərişi olan xəstələrin simptomları, müasir müayinə və müalicə metodları barədə ətraflı məlumat verib.
 
Seminarın sonunda Bəhruz həkim əyani və ZOOM platforması üzərindən onlayn qoşulan iştirakçıların suallarını cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır