Elmi-Tədqiqat Pediatriya İnstitutunda Elmi Şuranın 2024-cü il üçün ilk iclası keçirilib
25.01.2024 09:03
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın 2024-cü il üçün ilk iclası keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, müəssisənin direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova iclasın gündəliyinə Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik şöbələrinin (vaxtından əvvəl doğulan uşaqların patologiyası şöbəsi, yenidoğulmuşların patologiya şöbəsi) 2023-cü il üçün illik hesabatlarının və müxtəlif məsələlərin daxil olduğunu bildirib.
 
İclasda klinik şöbələrin rəhbərləri 2023-cü il üçün illik hesabatları təqdim ediblər.
 
Hesabatlar müzakirə olunub, şöbələrin fəaliyyəti qənaətbəxş hesab edilib və açıq səsvermə ilə təsdiqlənib.
 
Daha sonra tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün doktorant Şəbnəm Qəhrəmanlı Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tələblərinə uyğun olaraq tərtib edilmiş “Bətndaxili inkişafın ləngiməsi ilə doğulan uşaqlarda neyroinkişaf geriliyin proqnozlaşdırılması” mövzusunda dissertasiya işini təqdim edib. Mövzu ətrafında müzakirələr aparılıb. Təqdim edilən iş qənaətbəxş hesab edilib.
 
İnstitutun elmi katibi, t.ü.f.d., dos. Sevinc Nəsirova planlaşdırılan elmi konqres və konfranslardə dərc olunacaq tezis materiallarına olan tələbləri diqqətə çatdırıb.
 
Sonda direktor qısa müddət ərzində bu şöbələrin fəaliyyətində olan yeniliklər (istər təchizat, təminat, istərsə də xəstəlik tarixlərində olan dəyişikliklər və.s) barədə məlumat verib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır