Bakıda ana oğluna böyrəyini hədiyyə verdi
24.01.2024 11:57
3 gün əvvəl həyata keçirdiyimiz böyrək köçürülməsi ilə daha bir xəstəmiz sağlamlığına qovuşdu.
 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov sosial şəbəkədə məlumat paylaşıb.

 

Tariyel Nadirov qeyd edib ki, ciddi ürək problemləri olan xəstənin ( EF 25%, MÇ 3, AÇ 2, TÇ 2, artmış pulmonar təzyiq, perikardda maye) əməliyyat zamanı və əməliyyatdan sonra problem yaşama riski çox yüksək idi. Dializdə ciddi problemlər yaşayan pasiyentin yeganə yolu böyrək köçürülməsi idi.

 
"Biz və xəstə yaxınları bütün riskləri bərabər qəbul edərək xəstə və donoru əməliyyata aldıq. Əməliyyat öncəsi ciddi anesteziya hazırlığından sonra anasından laparaskopik üsulla aldığımız böyrəyi pasiyentə köçürdük. Xəstənin əməliyyat stolunda sidik çıxışı başladı.
 
Əməliyyatdan sonra xəstə Reanimasiya şöbəsinə, donor isə palataya köçürüldü. Əməliyyatın səhəri günü xəstə palataya köçürüldü", - deyə transplantoloq əlavə edib.
 
O, donoru artıq evə göndərdiklərini, 2 gün sonra isə xəstəni evə göndərməyi planlaşdırdıqlarını bildirib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır