Qəzzada dərman çatışmazlığı: Fələstinlilər müalicələrini davam etdirə bilmirlər
22.01.2024 14:07

Qəzza zolağından didərgin düşmüş xroniki xəstəlikləri olan fələstinlilər İsrailin 105 gündür davam edən hücumları nəticəsində lazımi miqdarda tibbi ləvazimatların ölkəyə girişinin qadağan edilməsi və dərman qıtlığı səbəbindən aylardır müalicələrini davam etdirə bilmirlər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, təxminən 10 il əvvəl depressiya diaqnozu qoyulan Rıda Avad dərman çatışmazlığı səbəbindən 2 aydır dərman ala bilmir.

 

İsrailin hücumları nəticəsində iki dəfə yerindən-yurdundan didərgin düşən və Qəzzanın cənubundakı Rəfah şəhərinə gələn Avad, xroniki xəstəliyi və ağırlaşmalarına baxmayaraq müalicəsini davam etdirə bilmir.

 

Yeddi uşağı olan və 28 məcburi köçkün fələstinlinin yaşadığı çadırda yaşayan Avad xroniki xəstəlikləri olan və aylardır dərmanlarını ala bilməyən yüz minlərlə fələstinlidən biridir.

 

Həmçinin Qəzzada məcburi köçkün olan 67 yaşlı Faiz Abduh təxminən 4 ay əvvəl İsrailin hücumları səbəbindən şəkər və təzyiq dərmanlarını dayandırmalı olub.

 

Qəzzada Səhiyyə Nazirliyi xroniki xəstəliyi olan 350 min insanın İsrailin davam edən hücumları səbəbiylə dərman ala bilmədiklərini açıqlayıb.

 

Nazirlik bu şəxslərin dərman qəbul edə bilməmələri səbəbindən səhhətlərində ciddi fəsadların olması barədə xəbərdarlıq etmiş və beynəlxalq təşkilatları “xroniki xəstələri təcili müalicə etməyə” çağırmışdı.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub