Gəncədə “Uşaqlarda Təkmil Həyat Dəstəyi” kursu təşkil edilib
22.01.2024 14:32
TƏBİB-in dəstəyi, “Çocuk Acil Tıp ve Yoğun Bakım“ dərnəyinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə Gəncədə 35 nəfərin iştirakı ilə “Uşaqlarda Təkmil Həyat Dəstəyi” (ÇİYAD) kursu keçirilib.
 
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, kurs nəzəri və praktiki qaydada təşkil edilib.
 
Tədbiri giriş sözü ilə açan tibb müəssisəsinin direktoru İlkin İsmayılov təlim iştirakçılarına uğurlar arzulayıb.
 
Daha sonra nəzəri hissədə Azər Əhmədov, Anar Qurbanov, Elşad Şıxəliyev, Kamil Şərifov, Emil Nuriyev tərəfindən təməl həyat dəstəyi, tənəffüs çatışmazlığı və tənəffüs dəstəyinin tətbiq üsulları, kritik xəstənin qiymətləndirilməsi, şok və müalicəsi, uşaqlarda irəli həyat dəstəyində dərmanlar və s. mövzulardan kurs iştirakçılarına məlumatlar verilib. Onların sualları cavablandırılıb.
 
Praktiki hissədə təməl həyat dəstəyi, şok ssenariləri, sümükdaxili müdaxilənin, tənəffüs dəstəyinin və s. tətbiq üsulları izah edilib.
 
Sonda kurs iştirakçıları ilə mövzular müzakirə edilib, onlara sertifikatlar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır