Türkiyə nümayəndə heyəti Yeni Klinikada olub  
22.01.2024 11:40
Trabzon Ticarət və Sənaye Palatasının, Trabzon Səhiyyə İdarəsinin və “MedAssist” MMC-nin təşkilatçılığı ilə Bakıda təşkil olunan “Trabzon-Bakı Sağlamlıq Turizmi Sektoru B2B” sərgisi çərçivəsində Trabzondan gələn 24 nəfərlik nümayəndə heyəti TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanı ziyarət edib.
 
Bu məlumat Aztibb.az-a Klinikadan verilib.
 
Azərbaycanda mövcud səhiyyə infrastrukturunu görmək məqsədi ilə tibb müəssisəsini ziyarət edən nümayəndə heyəti ilə görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktorun inzibati işlər müavini İlqar Mustafayev və digər əməkdaşlar iştirak ediblər.
 
Klinikanın fəaliyyəti ilə bağlı çıxış edən Barat Yusubov tibb müəssisəsinin mövcud potensialı və gələcək planlar istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
 
Türkiyə Respublikasının Ticarət Nazirliyi, Səhiyyə və Turizm Xidmətləri İdarəsinin rəhbəri Tarık Aksoy, Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebi, İdarə Heyətinin sədrinin köməkçisi Mehmet Çelebi, Şura üzvü Mehmet Üçüncüoğlu, Trabzon Səhiyyə İdarəsinin direktoru Hakan Usta, Trabzon Ticarət və Sənaye Palatasının layihə koordinatoru Damla Bayram, Trabzon Ticarət və Sənaye Palatasının layihə koordinatoru Kübra Kürkçü və Medassist MMC-nin direktoru Seymur İsmayıllının rəhbərlik etdiyi qrup info tur çərçivəsində xüsusi ilə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar və təcrübə mübadiləsi çərçivəsində öz təkliflərini səsləndiriblər.
 
Qeyd edək ki, sərgi çərçivəsində Bakı və Trabzon arasında tibbi turizm üzrə potensial əməkdaşlıq mövzusunda geniş müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır