Tibb üzrə fəlsəfə doktoru Rəşad Talışınskinin 60 yaşı tamam olur
22.01.2024 10:59

Bu gün tanınmış otolarinqoloq, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Talışınskinin 60 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Rəşad Talışınski 1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1987-1988-ci illərdə Bakı şəhəri 4 saylı klinik xəstəxananın Cərrahiyyə şöbəsində internatura keçib.

 

O, 1989-1990-cı illərdə Lənkəran Hərbi Hospitalın Cərrahi şöbəsində həkim-otorinolorinqoloq kimi fəaliyyət göstərib. 1990-1991-ci illərdə Respublika Daxili İşlər Nazirliyinin Hospitalının Cərrahiyyə şöbəsində həkim-otorinolorinqoloq vəzifəsində çalışıb. 1991-ci ildə ATU-nun Otorinolorinqologiya üzrə əyani aspiranturasına daxil olub, 1994-cü ildə oranı bitirib. Hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz cərrahiyyəsi şöbəsinin müdiridir.

 

Rəşad Talışınski 2001-ci ildə "Uşaqlarda burun arakəsməsinin deformasiyası zamanı korreksiyaedici əməliyyatın tətbiqi" mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Həkim 50-yə yaxın elmi əsərin, Rusiya Federasiyasının 3 patentinin, o cümlədən həkimlər üçün 1 vəsaitin müəllifidir.

 

O, Azərbaycan LOR Cəmiyyətinin və Azərbaycan Respirator Cəmiyyətinin üzvüdür.

 

Aztibb.az portalı adından tibb üzrə fəlsəfə doktoru Rəşad Talışınskini 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır