“Həkimlərimizi tanıyaq!” rubrikamızda peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
04.02.2024 16:26
Həkim peşəsi ən ali, məsuliyyətli və xeyirxah peşə sahəsidir. Yarandığı gündən bu peşəyə hər zaman böyük hörmət və qiymət verilib. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. 
 
“Həkimlərimizi tanıyaq!” rubrikamızda təqdim edəcəyimiz belə təbiblərimizdən biri də Qədir İsmayıl oğlu Süleymanovdur.
 
O, 1961-ci ildə Yevlax rayonunda anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə Anestezioloq-reanimatoloq ixtisası üzrə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.
 
Qədir Süleymanov 1989-1993-cü illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 1993-1995-ci illərdə I Qarabağ müharibəsi zamanı Tərtər Hospitalında anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. 1995-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında Reanimasiya şöbəsinin müdiridir.
 
Həkim 2020-ci ildə 44 günlük Vətən müharibəsində Naftalan Hospitalında anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. O, müharibə veteranıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır