20 Yanvar faciəsi Azərbaycanın mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olub
19.01.2024 17:14
Mərkəzi Gömrük Hospitalında 20 Yanvar Ümumxalq Hüzn Gününün 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
 
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olub. 
 
Ceyhun Məmmədov 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyini diqqətə çatdırıb.
 
İdarə rəisi qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır: “Bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla da həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb”.
 
Daha sonra Tibbi Xidmət İdarəsinin rəis müavinləri - dosent İsmayıl Əfəndiyev və Fərid Əbilov çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi, şəhidlik zirvəsinə yüksələn oğullarımızın, xalqımızın yenilməzliyi və qəhrəmanlığı barədə danışıblar.
 
Qeyd olunub ki, bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq.
 
Tədbirdə Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri Şəhla Mirzəzadə 20 Yanvar günü qəhrəmanlıq göstərən gənclərimiz barədə danışıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır