Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar yaddaşımızdan silinməyəcək  
20.01.2024 11:09
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 

Əvvəlcə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 
Tədbirdə müəssisənin direktoru, tibb elmləri doktoru, professor Cəmilə Qurbanova 20 Yanvar faciəsinin mahiyyətindən söz açaraq, qan yaddaşımız ilə bağlı  həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.
 
İnstitutun YAP təşkilatının sədri Ədalət Əliyev 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıda və Azərbaycanın bir neçə rayonunda dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildiyi hadisələr haqqında tədbir iştirakçılarına məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev və onun irsini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində xalqımıza qarşı törədilən hadisələrin beynəlxalq arenada lazımi səviyyədə işıqlandırıldığını qeyd edib.
 
Digər natiqlər də 20 Yanvar hadisələrinin xalqımız üçün Zəfərə aparan yol olduğunu vurğulayaraq çıxışlarında xalqımızın şəhidlərin şücaətini daim yüksək qiymətləndirdiyini, onların ruhuna ehtiram göstərdiyini və xatirəsini hər zaman uca tutduğunu qeyd ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır