20 Yanvar qürur və qəhrəmanlıq tariximizdir
19.01.2024 17:22
Sumqayıt Tibb Mərkəzində (STM) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib.
 
STM-dən Aztibb.az-a bildirilib ki, Mərkəzin kollektivinin və tabeli tibb müəssiələrinin baş həkimlərinin iştirak etdiyi tədbirdə öncə Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə mərkəzin direktoru Elnur Azadxanov qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
 
Vurğulayıb ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəlib, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edərək xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Məhz Ümummilli Lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pisləyib.
 
STM-in direktor müavini Arzu Bəndəliyeva isə 20 Yanvarın ölkəmizin tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıb.
 
A.Bəndəliyeva bu epoxal hadisənin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğunu bildirib.
 
Qanlı Yanvarda xəsarət alan Sumqayıt sakinləri - II qrup əlillər Sahil Əliyev və Seyran Əbdürrrəhmanov dəhşətli gecənin şahidi olaraq xalqımıza qarşı törədilən qətliamı xatırlayıb, həmin gün başlarına gələnlərdən danışıblar.
 
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx da izlənilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır