Ölümcül hörümçək zəhərindən infarkt və insult müalicəsində istifadə olunacaq
19.01.2024 16:39

Dünyanın ən ölümcül hörümçəklərindən birinin zəhərindən infarkt və insult müalicəsində istifadə olunacaq.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, hörümçək zəhərində tapılan "Hi1a" molekulundan hazırlanan dərman infarkt və insult zamanı beyin və ürəyin zədələnməsinin qarşısını almaq üçün istifadə olunacaq.

 

Kvinslend Universitetinin Molekulyar Bioelm İnstitutunun alimlərinin kəşfi sayəsində infarkt və insult qurbanlarının sayı azalacaq.

 

"The European Heart Journal"da dərc olunan araşdırmaya görə, hazırda infarktdan sonra hüceyrə ölümünün qarşısını alan kliniki təsdiqlənmiş heç bir dərman yoxdur.

 

Dosent Natan Palpant və Kvinslend Universitetinin Molekulyar Bioelmlər İnstitutundan professor Qlenn Kinq huni hörümçəyinin zəhərində tapılan “Hi1a” adlı molekuldan istifadə edərək dərman hazırlayıblar.

 

Real həyatdakı müalicə ssenarilərini təqlid etmək üçün hazırlanmış bir sıra klinik testlərdən sonra onlar müəyyən ediblər ki, bu xüsusi molekul hüceyrələri infarkt və ya insult nəticəsində yaranan zədələrdən qoruya bilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev