Şəki Rayon Mərkəzi Xəstəxanasında təlim: “Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi"
20.01.2024 11:55
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun “Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi haqqında” 04.11.2023-cü il tarixli Əmrinin icrasının təmin edilməsi, TƏBİB tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımı xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə azyaşlı uşaqlar, hamilə və zahı qadınlar arasında yarana biləcək xəstəliklər və ağırlaşmaların qarşısının alınması məqsədilə Şəki Rayon Mərkəzi Xəstəxanasında təlimatlandırma təlimi keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin ilkin səhiyyə xidmətləri şöbəsinin müdiri Nəhmət Rəhmanov, həmin şöbənin aparıcı məsləhətçisi Aygün Xəlilova, Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov tərəfindən keçirilmiş təlimdə təqdimatlarla çıxış ediblər.
 
Təlimdə Şəki-Zaqatala TƏB üzrə (Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ) müvafiq tibb müəssisələrinin rəhbərlərinin, həmçinin İlkin səhiyyə xidməti üzrə rəhbər şəxslərin, İnzibati ərazi vahidləri üzrə azyaşlı uşaqlar, hamilə və zahı qadınların patronaj xidmətinin təşkili və nəzarətin təmin edilməsi üzrə kuratorlar, ailə sağlamlıq mərkəzləri və kənd həkim məntəqələrinin müdirləri iştirak ediblər.
 
Nəhmət Rəhmanov səhiyyə sistemində ilkin səhiyyə xidmətinin yeri, ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi haqqında geniş məlumat verib.
 
Emil İskəndərov isə təlimlərin təşkili və keçirilməsi ilə bağlı görülmüş işlər və layihələr barədə ətraflı məlumat verib və bu tədbirlərin davamlı keçirililəcəyini bildirib.
 
Aygün Xəlilova Profilaktik peyvəndlər vasitəsilə yoluxucu xəstəliklərin qarşısının alınması, yoluxucu xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilməsini və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirildiyini qeyd edib.
 
Sonda iştirakçıları maraqlandıran suallar TƏBİB-in nümayəndələri tərəfindən cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır