Rezidentlər üçün seminar: "Klinik laborator diaqnostikada Pre-analitik prinsiplər"   
19.01.2024 12:33

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Mərkəzi Laboratoriya şöbəsi Rezidentura və Magistratura şöbəsi ilə birgə seminar keçiriblər.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirin moderatoru, assistent Namiq Xəlilov növbəti dəfə baş tutan seminarın laborator müayinəyə həsr edildiyini və bu laboratoriyanın xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirdiyini bildirib.

 

"Klinik laborator diaqnostikada Pre-analitik prinsiplər" mövzusunda çıxış edən TCK-nın Mərkəzi Laboratoriyasının müdiri Elxan Nağıyev burada yaradılan şəraitdən və imkanlardan, həmçinin pasientlərin laborator müayinəyə gələrkən nələri bilmələri, mövcud metod və qaydalardan necə istifadə etmələri, eləcə də analizləri günün hansı saatında verə biləcəkləri barədə ətraflı məlumat verib: “Laboratoriyamız dünyanın müasir texnologiyalarını özündə cəmləşdirən, Almaniya, Yaponiya, ABŞ və Avropanın istehsalı olan referans cihazlarla təchiz olunub. Müayinələr müasir biokimyəvi analiz metodlarını özündə cəmləşdirən rəhbərliklər və CLSI (Clinical Laboratory Standarts Institute) standartları əsasında icra olunur”.

 

E.Nağıyev laboratoriyada aparılan yeniliklərdən danışıb. Bildirib ki, pasiyentlərin analizi verməzdən əvvəl oturaraq 15-20 dəqiqə istirahət etməsi vacibdir: “Klinikanaya müraciət edən xəstələrin təxminən 80%-ində laborator analizlər verilir. Xəstələrin diaqnozunun qoyulması 60-70% laborator nəticələrə əsaslanır. Laboratoriyada ən qısa müddətdə nəticə vermək üçün lazımi sistemlər işlənib hazırlanmışdır. Nəticələrin daha tez verilməsi üçün əməkdaşlar məcbur edilməməlidir. Çünki daha tez nəticə istəmək mövcud xətanı artırır və xəstənin sağlamlığı üçün təhlükəli nəticələrə səbəb ola bilər”.

 

TCK-nın Mərkəzi Laboratoriyasının həkimi Bəsti Məmmədova isə çıxışında laboratoriyanın analiz nəticələrinin daha dəqiq və düzgün verilməsi üçün vacib olan pre-analitik mərhələnin prinsiplərindən söhbət açıb.

 

Sonda iştirakçıların mövzu ilə bağlı verdikləri suallar məruzəçi tərəfindən cavablandırılıb.

 

Tədbirdə klinikanın rezidentləri və tələbələri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır