Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 800 qram çəkidə dünyaya gələn körpə 80 günlük müalicədən sonra evə yola salınıb
19.01.2024 12:21
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 800 qram çəkidə dünyaya gələn körpə 80 günlük müalicədən sonra evə yola salınıb.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 
Qeyd olunub ki, hamiləliyin 32-ci həftəsində dünyaya gələn yenidoğulmuş vəziyyəti ilə əlaqədar Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb və həkim-neonatoloq Şəbnəm Yusifzadənin nəzarətində olub.
 
Bətndaxili inkişaf ləngiməsi, bəntdaxili infeksiya ilə vaxtından əvvəl doğulan körpə şöbəyə polisitemiya, nekrozlasan enterokolit, ödün qatılaşması sindromu, anemiya diaqnozları ilə daxil olub. Şöbə müdiri Rüstəm Hüseynov, həkim-neonatoloq Şəbnəm Yusifzadə və şüa-diaqnostika üzrə həkim Təranə Kərimovanın dinamik nəzarətində olan körpəyə 80 gün stasionar müalicə aparılıb.
 
Tibbi heyətin peşəkarlığı və müalicə planının düzgün aparılmasının nəticəsi olaraq uşaq ailəsinə sağlam şəkildə təhvil verilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev