Mərkəzi Gömrük Hospitalında Qazaxıstanın “Calamat Şirkətlər Qrup”un nümayəndələri ilə görüş olub
18.01.2024 09:24
Mərkəzi Gömrük Hospitalında Qazaxıstanın “Calamat Şirkətlər Qrup”unun və Hindistanın “Zain” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent Dr.İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Alqı-Satqı şöbəsinin rəisi Akif Əsgərov, həkim psixiatr Gülay Məmmədzadə və digər nümayəndələr iştirak ediblər.
Görüşdə dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalının 15 illik fəaliyyəti, həyata keçirilən unikal və mürəkkəb əməliyyatlar, eləcə də Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən elmi tədbirlər barədə ətraflı məlumat verib.
“Calamat Şirkətlər Qrup”un Marketinq departamentinin rəhbəri Surim Orumbayev təmsil etdiyi şirkətin fəaliyyəti, istehsal etdiyi tibbi ləvazimatları və distribyutor olduqları tibbi avadanlıqlar barədə danışıb.
Daha sonra “Calamat Şirkətlər Qrup”-un təqdim etdikləri tibbi avadanlıq və ləvazimatlar və onların iş prinsipləri nümayiş olunub. “Calamat Qrup”un mütəxəssisi Assel Şarpina və “Forus Health” LTD-nin Xidmətlər üzrə baş mütəxəssisi Zain bəy tibbi cihazların istifadə olunduğu ölkələr, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması barədə çıxış ediblər.
Həmçinin görüşdə hamilə qadınlar və yenidoğulanların sağlamlığı məsələlərinin prioritet olduğu vurğulanıb, yaxın gələcəkdə Mərkəzi Gömrük Hospitalının yeni korpusunun istifadəyə veriləcəyi diqqətə çatdırılıb. Görüşdə şirkətin məhz ana və uşaq sağlamlığı sahəsindəki fəaliyyət istiqamətləri və istehsal etdiyi unikal və innovativ tibbi cihazların tətbiqi məsələləri də geniş müzakirə edilib.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

