510 nəfər əcnəbi ATU-nun hazırlıq kursunda dərslərə başlayıb
17.01.2024 16:21

Məlum olduğu kimi, Azərbaycan Tibb Universiteti (ATU) əcnəbi tələbələrin sayına görə ölkə üzrə yenə birincidir.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı, dosent Natiq Bayramov universitetin hazırlıq kursuna, eləcə də I kursa qəbulun ötən il iyul ayının 1-ci həftəsindən başladığını bildirib.

 

Onun sözlərinə görə, sentyabrın 15-də I kurslara qəbul tamamlansa da, hazırlıq şöbəsinə qəbul dekabrın 25-ə qədər davam edib. Belə ki, 609 nəfər əcnəbi vətəndaş skayp vasitəsilə müsabiqədən keçərək universitetimizin hazırlıq şöbəsinə qəbul olunub. 609 nəfərdən 510 nəfər artıq sənədlərini dekanlığa təqdim edərək təhsil haqlarını ödəyib, eyni zamanda sağlamlıq sığortası məsələsini həll edib. Yanvar ayının 15-dən dərslərə start verilib. Hazırlıq şöbəsində ilkin olaraq mart ayına qədər Azərbaycan dili və ingilis dili fənləri tədris ediləcək. Bundan sonra isə digər fənlər - biologiya, kimya və fizika əlavə olunacaq. 6 ay müddətində kursu bitirən dinləyicilər üçün qəbul imtahanı keçiriləcək. Bu imtahandan müvəffəq qiymət alanlar I kurs tələbəsi hesab olunacaqlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır