"Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi" adlı tədbir keçirilib
18.01.2024 09:45
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında "Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi" mövzusunda görüş keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, tədbirdə TƏBİB-in Tibbi xidmətlərin təşkili, Strateji inkişaf, Tibbi təhsil və innovasiyalar departamentlərinin əməkdaşları,  Gəncə Şəhər Birləşmiş Xəstəxanası daxil ətraf rayonların (Samux, Naftalan, Daşkəsən, Göygöl, Goranboy) müvafiq tibb müəssisələrinin rəhbərləri, ilkin səhiyyə xidməti üzrə məsul şəxs, poliklinika şöbələrinin müdirləri, ailə sağlamlıq mərkəzləri və kənd həkim məntəqələrinin müdirləri iştirak ediblər.
 
Tədbirdə Azyaşlı uşaqlar, hamilə və zahı qadınların patronaj xidmətinin təşkili və nəzarətin təmin edilməsi üzrə kuratorlar və təlimçilər çıxış ediblər.
 
Açılış nitqi ilə çıxış edən Tibbi xidmətlərin təşkili departamentinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri Nəhmət Rəhmanov səhiyyə sistemində ilkin səhiyyə xidmətinin yeri, ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi barədə danışıb.
 
Tibbi xidmətlərin təşkili departamentinin İlkin səhiyyə xidmətləri şöbəsinin aparıcı məsləhətçisi Aygün Xəlilova çıxışında bildirib ki, profilaktik peyvəndlər vasitəsilə yoluxucu xəstəliklərin qarşısının alınması yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilir və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
 
Sonda Tibbi təhsil və inovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov isə təlimlərin təşkili və keçirilməsi ilə bağlı çıxış edib. Bu cür tədbirlərin davamlı keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır