Hacıqabulda məktəblilər qızılca xəstəliyi ilə bağlı məlumatlandırılıblar
17.01.2024 09:36
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə qızılca xəstəliyinin qarşısının alınması məqsədilə Hacıqabul rayon 5 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, tədbirdə müəssisənin inzibati işlər üzrə müavini Məhəmməd Gözəlov, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri həkim-terapevt Gülşən Qəmbərova, həkim-pediatr Türkan Gözəlova çıxış edərək bildiriblər ki, xəstəlik insandan insana hava-damcı yolu ilə keçir və yüksək yoluxduruculuq qabilliyyətinə malikdir.
 
Həkimlər peyvənd olunmayan şəxslərin immunizasiyasını tövsiyə ediblər. Qeyd olunub ki, qızılcaya yoluxmuş şəxslə təmas olubsa, 72 saat ərzində peyvəndin vurulması vacibdir.
 
Diqqətə çatdırılıb ki, qızılca əhaliyə bəsit xəstəlik kimi görünsə də, onun ciddi fəsadlarla nəticələnə biləcək ağırlaşmaları olur. Əgər övladınızda və ya özünüzdə hər-hansı kataral əlamət və ya səpki müşahidə olunursa, mütləq şəkildə həkimlə əlaqə saxlamaq lazımdır. 
 
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır