"Həkimlərimizi tanıyaq!" rubrikası: Əməkdar həkim Ziyafət Tağıyeva
27.01.2024 09:52
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 37 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ziyafət Tağıyevanı "Həkimlərimizi tanıyaq!" rubrikamızda oxuculara təqdim edirik.
O, 20 mart 1956-cı ildə Bakı şəhərində anadan olub. 1974-1980-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. 1981-ci ildə təyinatla 5 nömrəli Şəhər Poliklinikasında həkim vəzifəsində işə başlayıb.
Ziyafət Tağıyeva 1982-ci ildən 1 saylı Semaşko xəstəxanasında həkim-infeksionist, 1984-cü ildən xəstəxananın Yoluxucu şöbəsinin müdiri, 1992-2000-ci illərdə Baş həkimin Yoluxucu xəstəliklər üzrə müavini vəzifələrində çalışıb. 2014-cü ildən 2020-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili” barədə əmri ilə təsdiq edilmiş “B və C” viruslu hepatitlərin profilaktikası, diaqnostika və müalicəsinin təşkili üzrə komissiya tərəfindən hepatit virusuna yoluxmuş xəstələrə təyin olunmuş dərman preparatlarının paylanması üzrə məsul şəxs kimi fəaliyyət göstərib.
Həkim 2020-2021-ci illərdə Azərbaycan Respublikasında yayılmış COVID-19 pandemiyası ilə əlaqədar modul tipli TƏBİB-in yaratdığı Operativ Qərargaha ezam edilib.
2012-2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasında Attestasiya Komissiyasının üzvü olub.
Hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının müəllimidir.
O, 2021-ci ilin iyun ayından Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 37 nömrəli Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışır.
Ziyafət Tağıyeva 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

