Dosent Aynur Poluxova YAP-ın Elmi-Tədqiqat Pediatriya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri seçilib
17.01.2024 10:57

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda YAP Yasamal rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının sədrinin seçilməsi ilə əlaqədar iclas keçirilib.


Bu məlumat Aztibb.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutundan verilib.

 

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, institutun direktoru t.ü.f.d., dos. Aynur Poluxova və ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.


Aynur Poluxova iclas iştirakçılarını salamlayaraq sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.


Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ərazi ilk partiya təşkilatının üzvlərini Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb və qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatına müvafiq tövsiyələrini verib.

 

İclasda yekdilliklə institutun direktoru t.ü.f.d., dos. Aynur Poluxova sədr seçilib.

 

Yeni seçilən sədr göstərilən etimada görə minnətdarlığını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır