Qayınanası İngiltərə vətəndaşı olan kürəkəninə qaraciyərini bağışladı
16.01.2024 16:20

6 gün əvvəl həyata keçirdiyimiz qaraciyər köçürülməsi ilə daha bir xəstəmiz sağlamlığına qovuşdu.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov sosial şəbəkədə məlumat paylaşıb.

 

Tariyel Nadirov qeyd edib ki, qastroenteroloq tərəfindən təqib olunan xəstədə sirrozun yaratdığı problemlər artıq idarəolunmaz vəziyyətə gəldiyindən xəstənin tək çıxış yolu qaraciyər köçürülməsi oldu.

 

"Uyğun donoru yalnız qayınanası olduğundan, heç tərəddüd etmədən o, donor olmaq istədi. Lakin donora da qalan qaraciyər həcmi tam istədiyimiz səviyyədə deyildi. Bütün riskləri bərabər qəbul edərək bu əməliyyatı həyata keçirməyə qərar verdik. Nəticədə bu gün donoru evə göndərdik. Düşünürəm ki, yaxın günlərdə də xəstəni sağlam şəkildə evə göndərməyi bacaracayıq", - deyə məlumatda bildirilib.


Transplatoloq son olaraq əməliyyatda əziyyəti olan hər kəsə təşəkkür edib.


Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır