Qəzzalı qadın həkim qurduğu “klinik çadır”da fələstinliləri müalicə edir
16.01.2024 15:31

İsrailin Qəzzaya hücumları səbəbindən Rəfah şəhərinə köçmək məcburiyyətində qalan fələstinli qadın həkim Feda əl-Kuraşlı burada qurduğu çadırda xəstələrə tibbi xidmət və ilkin tibbi yardım göstərir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, çadırın qapısına “Doktor Fedanın Klinikası” yazan həkim çadıra gələn hər yaşdan xəstə və yaralı Qəzzalılara ilkin tibbi yardım göstərir.

 

Öz ailəsinin də köçkün olduğunu qeyd edən F.Kuraşlı məcburi köçkünlərə tibbi yardım və müalicə üçün minimum məbləği təmin etmək üçün “şəfa çadırı”nı açdığını söyləyib.

 

Həkim F.Kuraşlının təşəbbüsü qəzzalılar üçün böyük əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib