Radioloq: "Təxminən 200-dən çox xərçəng növü var"
15.01.2024 09:37

Orqanlarımıza yad olan, anormal hüceyrələrin kontrolsuz və sürətlə çoxalaraq digər orqanlara da yayılıb bədənimizi istila etməsi xərçəng adlanır. Hüceyrələr bədəndə çoxaldıqca orqanların normal fəaliyyətinə mane olur.

Kliniki Tibbi Mərkəzin həkim-radioloqu Şəbnəm Topbaştekin Aztibb.az-a bildirib ki, şiş xəstəlikləri 3 böyük qrupa ayrılır. Bunlar bədxassəli, xoşxassəli və xərçəngönü şişlərdir.

Onun sözlərinə görə, xoşxassəli xərçəng hüceyrələri çox hallarda digər orqanlara yayılmır. Əksinə bədxassəlilər sürətlə yayılaraq həyati təhlükə yaradır ki, bu da metastaz adlanır. Xərçəngönü vəziyyətdə yaranan anormal hüceyrələr, sonradan bədxassəli xərçəngə çevrilə bilir.

Həkim qeyd edib ki, təxminən 200-dən çox xərçəng növü var. Bunlardan ən çox yayılanları ağciyər, süd vəzi, prostat, limfoma, beyin, bağırsaq, böyrək, mədə, yumurtalıq və s. növlərdir. Xərçəngin əmələ gəlmə səbəbləri müxtəlifdir. Bunlara genetik və ətraf mühit faktorları, həddən artıq siqaret və spirtli içki qəbulu, radiasiya, həddən artıq günəş işığı, stres, hormonal preparatlar və s. aiddir.

"Xərçəngin ən çox yayılmış növləri 4 mərhələdən ibarət olur. Birinci mərhələdə kiçik bir sahədədir və daha ətrafdakı digər toxumalara, limfa düyünlərinə yayılmayıb. İkinci mərhələdə olduğu yerdən ətraf toxumaya tərəf böyüyüb, limfa düyünlərinin bir hissəsinə yayıla bilər, digər toxumalara yayılmamışdır. Üçüncü mərhələdə kifayət qədər böyüyərək daha çox limfa düyünlərinə və digər toxumalara yayılır. Dördüncü mərhələdə isə xərçəng digər toxuma və orqanlara yayılaraq metastaz vermişdir. Bu mərhələ həyati vacib əhəmiyyət kəsb edir.

Əsasən 4 mərhələdə gedən xərçənglərin sıfır adlanan mərhələsi də olur. Bu isə ən erkən və təhlükəsiz mərhələ hesab edilir", - deyə Şəbnəm Topbaştekin bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev