Naxçıvandan Türkiyəyə təlimə göndərilən tibb bacıları ilə görüş olub
14.01.2024 15:55

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov Naxçıvandan Türkiyənin Qazi Universitetinə təlimə göndərilən ilk tibb bacısı heyəti ilə görüş keçirib.

 

Aztibb.az-a Nazirlikdən verilən xəbərə görə, görüşdə Samiq Sadıxov qeyd edib ki, tibb bacıları səhiyyə sisteminin aparıcı qüvvələridirlər, onların öz üzərlərinə düşən vəzifəni layiqincə və peşəkar yerinə yetirməyi həm tibbi xidmətin keyfiyyətinə, həm də xəstə məmnuniyyətinə təsir edən vacib amildir.

 

Onun sözlərinə görə, tibb bacılarının peşəkarlığının artırılması üçün cari ildən etibarən Türkiyə Universitetlərinin xəstəxanaları ilə başlanan mübadilə proqramlarımız mərhələli şəkildə Naxçıvan səhiyyə sistemindəki bütün tibb bacılarını əhatə edəcəkdir: "İlk göndərilən heyət kimi sizin məsuliyyətiniz böyükdür. Orada ilk təəssüratı siz formalaşdıracaqsınız. İnanıram ki, hər biriniz yaradılan bu şəraitdən maksimum faydalanacaq, öz aktivliyiniz, təşəbbüskarlığınız, nizam-intizamınızla seçiləcək, bilik və bacarıqlarınızın artırılması üçün var qüvvənizlə çalışacaq, səhiyyəmizi yüksək səviyyədə təmsil edəcəksiniz".

 

Samiq Sadıxov diqqətə çatdırıb ki, mübadilə proqramları ikitərəflidir. Yaxın günlərdə Naxçıvanda Qazi Universitetindən gələn tibb bacıları burada profilləri üzrə müxtəlif xəstəxanalarda işə başlayacaqlar. Bununla da daha çox tibb bacısı iş prosesində təlimə cəlb olunacaq.

 


Görüşün sonunda “Orta orta tibb işçilərinin vəzifə və intizam təlimatları”na dair slayd nümayiş etdirilib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır