Qarlı havalarda ehtiyyatlı olmaq lazımdır
14.01.2024 15:20

Qarlı və küləkli havalarda yıxılma halları ilə tez-tez qarşılaşılır. Yıxılma sonrasında bir çox dayaq hərəkət sistemi problemləri və baş beyin xəsarətləri yarana bilər.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, bu problemlər xəstələrin yaş və ümumi fizioloji durumuna görə fərqlilik göstərir. Uşaqlarda qarlı günlərdə bilək nahiyyəsində said sümüklərinin sınıqları daha çox müşahidə olunur. Bu sınıqlar zamanı bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunur. Aparılmış klinik və rentgenoloji müayinə sonrasında travmatoloq-ortoped həkim tərəfindən çox zaman uyğun konservativ müalicə ilə uğurlu bir şəkildə müalicə edilir. Cərrahi müalicəyə nadir hallarda ehtiyac olur.

 

Orta yaşlı insanlarda düşmə zamanı sınıqlar az müşahidə olsa da, mümkün bir vəziyyətdir. Xüsusilə baldır sümüklərinin spiral şəkilli və topuk sümüklərinin sınıqları daha çox müşahidə olunur. Bu sınıqlar zamanı sınıq uclarında yerdəyişmə az olduğu hallarda konservativ müalicə edilərkən, yerdəyişməsi çox olan və oynaq xəttinə uzanan sınıqlar əksər hallarda cərrahi olaraq müalicə edilir. Çanaq üzərinə düşməklə bağlı olaraq büzdüm sümüyünda sınıq yarana bilir. Büzdüm sümüyü sınıqları konservativ yolla müalicə edilir və nəticələri qənaətbəxşdir. Konservativ müalicəyə cavab verməyən az bir xəstəyə gələcəkdə cərrahi müalicə lazım ola bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Qastrit və xora zamanı necə qidalanmalı?
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat