Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın genişləndirilmiş iclası keçirilib
14.01.2024 12:01

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında 2024-cü il qarşıda duran məsələlərə dair Tibbi Şuranın genişləndirilmiş iclası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, iclasda direktorun inzibati işlər üzrə müavini Emil Sadıqzadə, struktur bölmə rəhbərləri, həkimlər, baş və böyük tibb bacıları, eləcə də kənd ASM rəhbərləri iştirak ediblər.

 

Tədbirdə xəstəxananın direktoru Emin Hüseyn müəsissənin ötən il ərzində fəaliyyətinin yekunları, qazanılmış nəaliyyətlər və 2024-cü ildə qarşıda duran məsələlər barəsində danışıb. Həmçinin ötən ilin dekabrında TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanovun rəhbərlərliyi ilə keçirilən müşavirədə qarşıya qoyulmuş hədəflərlə bağlı tibb heyətinə tövsiyyə və tapşırıqlar verib.

 

Emin Hüseyn bildirib ki, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması xəstəxana üçün əsas prioritet məsələlərdəndir. O, çıxışında vətəndaş-tibb işçisi münasibəti, ədalətli növbəlilik prinsipi, şəhid və qazi ailələrinə göstərilən xidmət, dərman dövriyyəsi, xəstələrin qidalanması kimi fərqli, lakin xəstəxananın xidmətinin əsasını təşkil edən məsələlərə toxunub.

 

Direktor, həmçinin RPM-də baş vermiş yanğın hadisələri bağlı əməyin təhlükəsizliyi barəsində danışaraq əməkdaşları yanğın təhlükəsizliyi məsələlərinə ciddi yanaşmağa, diqqətli olmağa çağırıb, müvafiq inzibati bölmələrə vaxtaşırı monitorinqlər keçirməklə potensial təhlükə mənbələrinin aşkarlanması, onların aradan qaldırılması üçün tapşırıqlar verib.

 

Toplantı zamanı bir sıra cari məsələlər də müzakirə olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır