Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasında şəhid ailələrinə və qazilərə təmənnasız xidmətlər göstərilir
14.01.2024 09:45

Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasının Sumqayıt filialında bir qrup Qarabağ qazisi ilə görüş keçirilib.

 

Akademiyadan Aztibb.az-a verilən məlumata görə, görüşün məqsədi qazilərin problemləri ilə yaxından maraqlanmaq, onların ailə üzvlərinə və özlərinə lazım gəldiyi halda təmənnasız psixoloji və loqopedik xidmətlər göstərmək olub.

 

Əvvəlcə Səlis Danışıq Nitq Və Psixologiya Akademiyasının direktoru tanınmış loqoped-defektoloq Xavər Abdullayeva qazilərə Akademiyanın yeni istifadəyə verilmiş Sumqayıt filialı haqqında ətraflı məlumat verib. O, artıq 18 ildir fəaliyyət göstərən Akademiyada dövlətimizin apardığı siyasətə dəstək olaraq, hər zaman şəhid ailələri üzvlərinə, müharibə əlillərinə və müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşıldığını bildirib. Direktor onlara təmənnasız xidmət göstərilməsi üçün müəssisədə hər bir şəraitin olduğunu qeyd edib.

 

Görüşdə iştirak edən qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

 

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır