Professor Bahadur Baxşıyevin 90 illik yubileyi qeyd olunub  
13.01.2024 16:32

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rentgenoloq-radioloq, tibb elmləri doktoru, professor Bahadur Baxşıyevin 90 illik yubileyinə həsr olunan "Qaranlıqlara işıq tutan ömür” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, tədbirdə giriş nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli tanınmış alim B.Baxşıyevin Azərbaycanda radiologiya elminin inkişafındakı xidmətlərindən söz açıb.

 

Universitetdə belə yubiley konfranslarının təşkilinin artıq ənənə halını aldığını deyən rektor bu tədbirlərin əsas məqsədinin görkəmli alim və professorların anılması ilə yanaşı, gənc həkimlərə həmin elm fədailərinin həyatını, keçdiyi yolu aşılamaq olduğunu qeyd edib.

 

Gəray Gəraybəyli qeyd edib ki, uzun illər ATU-nun Radiologiya və rentgenologiya kafedrasının müdiri olan Bahadur Baxşıyevin Azərbaycanda rentgenoloq-həkim ordusunun yetişdirilməsində və inkişafında, bu sahənin ən böyük nailiyyətlərinin ölkəmizdə tətbiq edilməsində müstəsna xidmətləri olub. Onun müəllifliyi ilə ana dilimizdə ilk dərsliklər yazılıb, rəhbərliyi altında doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub.

 

Rektor G.Gəraybəyli Bahadur Baxşıyevin universitetin həm ictimai həyatında, həm də elmi fəaliyyətində silinməz iz qoyduğunu vurğulayıb.

 

ATU-nun Şüa diaqnostikası və terapiya kafedrasının müdiri, Məlahət Sultanova müəllimi Bahadur Baxşıyevın həyatını “Qaranlıqlara işıq tutan ömür” kəlməsinin çox aydın şəkildə tərənnüm etdiyini bildirib. O, Azərbaycanda rentgenologiya məktəbi yaradıcısı olan, peşəkar mütəxəssislər yetişdirən Bahadur Baxşıyevin elmi fəaliyyəti barədə ətraflı məlumat verib.

 

M.Sultanova professor Bahadur Baxşıyevin 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifi olduğunu, 1976-cı ildə ilk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik yazdığını qeyd edib.

 

Diqqətə çatdırılıb ki, Bahadur Baxışyev Azərbaycan Respublikasında rentgenologiya və radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir.

  

Professora həsr olunmuş "Təbabətin Bahaduru" filminin nümayişindən sonra onu yaxından tanıyanlar, tələbələri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər.

 

Konfrans öz işini sessiyalarla davam edib, kliniki məqamlarda radioloji müayinələrin vacibliyi, radiodiaqnostik müayinələrə həsr olunmuş məruzələr və çıxışlar baş tutub.

 

Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyi tərəfindən 7 kredit balı ilə akkreditasiya olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır