Mərkəzi Gömrük Hospitalı ötən ilin yekunlarına dair hesabat verib
12.01.2024 19:43

Mərkəzi Gömrük Hospitalında 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin inzabati heyəti, Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri, həkimləri və digər tibb personalı iştirak ediblər.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlamətdar olduğunu bildirib. O, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq səviyyəli elmi tədbirləri, Mərkəzi Gömrük Hospitalının yüksək səviyyədə tibbi xidmət göstərməsini və fəaliyyətini yüksək qiymətləndirib.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının baş həkimi- rəisi Bəxtiyar Musayev 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib. Bəxtiyar Musayev Hospitalda müayinə-müalicə işlərinə nəzarət, onların təkmilləşdirilməsi, tibbi xidmətlərin çeşid və keyfiyyətinin daha da yaxşılaşdırılması, lazım olan ən müasir tibb avadanlıqların təchizatı, müxtəlif istiqamətlər üzrə klinik və fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi istiqamətində görülmüş fəaliyyət barədə ətraflı məlumat verib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi t.e.d. Rəşad Mahmudov Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi mütəmadi olaraq istər gömrük əməkdaşları, istərsə də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları arasında bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən elmi toplantılar, təlim və seminarlar, beynəlxalq təcrübənin öyrənilməsini təmin etmək məqsədilə tibb işçilərinin yerli və beynəlxalq tədbirlərdə iştirakı barədə məruzə edib. Rəşad Mahmudov qeyd edib ki, ETTM-nin birbaşa təşkilatçılığı ilə 2023-cü il ərzində ümumilikdə 65 genişmiqyaslı tədbir həyata keçirilmişdir.

  

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım etik davranış kodeksi və digər intizam məsələləri ilə bağlı çıxış edib.

 

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisinin müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 

İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Mərkəzi Gömrük Hospitalının Alqı-Satqı şöbəsinin rəisi Akif Əsgərov, İnformasiya Texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov çıxış edərək müvafiq olaraq öz sahələri üzrə hesabatları təqdim ediblər.


İclas zamanı Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov, Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu ilin yekunları ilə bağlı fikirlərini bölüşüb və 2024-cü ilə dair təkliflərini səsləndiriblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır