Zəngin iş təcrübəsinə malik həkim - Şair Bayramov
22.01.2024 10:19
“Həkimlərimizi tanıyaq!” rubrikamızda zəngin iş təcrübəsinə malik həkim, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsinin müdiri Şair Bayramovu saytımızın oxucularına təqdim edirik.
 
Şair Aslan oğlu Bayramov 1957-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Amasiya qəsəbəsində anadan olub. 1974-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1980-ci ildə həmin universiteti bitirib.
 
O, Amasiya Rayon Xəstəxanasında həkim-rentgenoloq kimi əmək fəaliyyətinə başlayıb. 1982-ci ildə İrəvan Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya-reanimasiya kursunu bitirərək 1990-cı ilədək həmin xəstəxanada fəaliyyət göstərib.
 
1992-ci ildə Mərkəzi Hərbi Hospitalda anestezioloq işləyən Şair Bayramov 2004-ci ildə tibb xidməti polkovnik-leytenantı kimi ehtiyyata buraxılıb. Həkim 2004-2007-ci illərdə Mərkəzi Klinikada, 2007-2023-cü illərdə isə Pirallahı Tibb Mərkəzində əmək fəaliyyətini davam etdirib. Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında Anesteziologiya və reanimasiya şöbəsinin müdiridir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır