TƏBİB ilə Azərbaycan Kardiologiya Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
12.01.2024 11:38
TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri t.e.d. Emil İskəndərov və şöbənin məsləhətçisi Səbirə Rzayeva Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev ilə görüşüb.
 
Aztibb.az-ın xəbərinə görə, görüşün əsas məqsədi həkim və orta tibb işçiləri arasında kardiologiya sahəsi üzrə bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkili ilə bağlı olub.
 
Görüşdə tərəflər kardiovaskulyar risklər, ürək-damar xəstəlikəri zamanı və təcili təxirəsalınmaz vəziyyətlərdə ilk yardım, həkimlər üçün EKQ təlimlərinin təşkili və tibb bacıları üçün EKQ-nin çəkilmə qaydaları, uşaqlarda ürək, qan-damar problemləri, hamiləlik zamanı hipertenziyanın idarə edilməsi, ürəyin xroniki işemik xəstəliyi, arterial hipertenziya, periferik damarların xroniki xəstəliyi zamanı diaqnostika və ilkin səhiyyə xidməti səviyyəsində idarə edilməsi kimi məsələləri müzakirə ediblər. Sonda təlimlərin dəstəklənməsinin və birgə əməkdaşlığın gücləndirilməsinin önəmi qeyd olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub