Vətən müharibəsi iştirakçısının övladı Elmi-Tədqiqat Pediatriya İnstitutunda uğurla əməliyyat olunub
12.01.2024 12:06
Vətən müharibəsi iştirakçısı, hərbiçi Sənan Beydullayevin övladı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uğurla əməliyyat olunub.
 
Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, ana bətnində diaqnozu qoyulan körpə, doğulan kimi tənəffüs çatışmazlığı olduğundan intubasiya olunub və ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinə çatdırılıb.
 
Körpə dərhal süni ventilyasiya aparatına qoşulub. Rəhbərliyin nəzarəti altında ətraflı müayinə zamanı körpəyə anadangəlmə sağ tərəfli diafraqmal yırtıq, sağ ağciyərin hipoplaziyası, pulmonar hipertenziya diaqnozları qoyulub.
 
Reanimatoloq Tamilla Orucova tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra uşağa Cərrahiyyə şöbəsinin müdiri Umud Musayev tərəfindən uşaq cərrahı Sona Cəbiyevanın assisentliyi, Anesteziologiya şöbəsinin müdiri Nailə Səlimovanın iştirakı ilə sağ tərəfli torakotomiya, frenikoplastika,döş boşluğunun drenajı əməliyyatı icra olunub.
 
Aparılmış müalicə nəticəsində uşaq sağalma ilə evə yazılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır