2 nömrəli Bakı Baza Tibb kollecində payız imtahan sessiyasını izləmək üçün “Açıq qapı günü” təşkil olunub
12.01.2024 09:42
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 2023/2024-cü tədris ili üzrə keçirilən payız imtahan sessiyasını izləmək üçün “Açıq qapı günü” təşkil olunub. “Açıq qapı günü”ndə tələbələrin valideynləri iştirak ediblər.
 
Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, artıq 2013/2014-cü tədris ilinin payız sessiyasından başlayaraq imtahanlar kollecdə yaradılan “Virtual Test Mərkəzində” (VTM) keçirilir. İmtahanlar keçirilən zalda kompüterlər qurlaşdırılaraq, lokal şəbəkədə birləşdirilib, ümumi server vasitəsilə idarə edilir. Kompüter zalında yerləşdirilən xüsusi veb-kameralar vasitəsilə imtahan prosesinin video yazılışı aparılır.
 
VTM-də imtahanların mütəşəkkil keçirilməsi məqsədi ilə tələbələr üçün xüsusi qaydalar və təlimatlar hazırlanıb. İmtahan prosesində tələbə monitorda gördüyü sualın cavabını daxil edir və imtahanın sonunda operativ olaraq topladığı balı öyrənir.
 
İmtahan sessiyası dövründə kollecin rəhbərliyi zəruriyyət yarandıqda tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul edir, təklif, problemlər və digər məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır.
 
Payız imtahan sessiyası fevralın 2-də yekunlaşacaq.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev