Səhiyyə Nazirliyində UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüş olub
11.01.2024 15:33

Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Regina De Dominitsisla görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin səlahiyyətlərini icra edən Ceyhun Mirzəyev da iştirak ediblər.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla UNİCEF arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb: “Azərbaycanda insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət yetirilir. Belə ki, ölkəmizlə BMT-nin Uşaq Fondunun arasındakı ikitərəfli əlaqələr çərçivəsində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə layihələr reallaşdırılır”.

 

Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi, həmçinin səhiyyənin modernləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

 

Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.

 

Öz növbəsində Regina De Dominitsis Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirərək, BMT-nin Uşaq Fondunun ölkəmizdə fəaliyyətinin 1993-cü ildən başladığını bildirib. O, UNİCEF-in Azərbaycanda həyata keçirdiyi ilk layihələr zamanı əsas diqqət vaksinasiya, səhiyyə, reabilitasiya, təhsil və uşaqların müdafiəsi ilə bağlı aktual məsələlərə yönəlməsini diqqətə çatdırılıb. BMT-nin Uşaq Fondunun regional direktoru Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində ciddi addımların atılmasını müsbət qiymətləndirib.

 

Görüşdə, həmçinin prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev