"Testosteron əvəzedici terapiya prostat xərçəngini sürətləndirməz" - Fərhad Burzu
14.01.2024 11:29
Testosteron əvəzedici terapiya (TRT) prostat xərçəngini və onun əmələgəlməsini sürətləndirməz.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat paylaşıb.
 
Endokrinoloq bildirib ki, 33 həftə ərzində 5246 kişi arasında araşdırma aparılmışdır. Müşahidə olunanlar 2 qrupa ayrılmışdır. Bunlardan bir qismi testosteron gel istifadə etmişdir. Testosteron gel istifadə edənlər ilə etməyənlər arasında prostat xərçənginə rastlanma eyni qədər olmuşdur.
 
Fərhad Burzu qeyd edib ki, araşdırmaya cəlb olunanlardan heç bir şəxs daha əvvəldən prostat xərçəngi ilə xəstə olmamışdır: "Bu çalışmadan gəlinən nəticə ondan ibarətdir ki, testosteron əvəzedici terapiya (TRT) prostat xərçəngini və onun əmələgəlməsini sürətləndirməz.
 
Təbii ki, ehtiyac olmadan daha artıq dozalarda steroid istifadəsi də məqsədəuyğun deyildir".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət