Bu tədris ilində də əcnəbi tələbələrin sayına görə ATU ölkə üzrə liderdir  
10.01.2024 17:01

“Azərbaycanda beynəlxalq təhsil imkanları” adlı forum keçirilib. Forumda Elm və Təhsil, Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin ali təhsil müəssisələrinin rəhbər şəxsləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər.

 

Azərbaycan Tibb Universitetindən (ATU) Aztibb-az-a bildirilib ki, tədbirə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də qatılıb.

 

2023-2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabat forum iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Tibb Universiteti öncəki illərdə olduğu kimi, bu tədris ilində də əcnəbi tələbələrin sayına görə ölkə üzrə liderliyini qoruyub saxlayıb. Qeyd edək ki, hazırda ATU-da 55 ölkədən 2900-ə yaxın əcnəbi vətəndaş təhsil alır.

 

Forumda, həmçinin “Əcnəbi vətəndaşların cəlbinin təşviqi və təşkili” və “Beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası” mövzularına həsr olunan panellərdə yerli və beynəlxalq ekspertlər çıxışlar edib, panellər maraqlı müzakirələrə səbəb olub. Prorektor Orxan İsayev öz çıxışında beynəlxalq reytinqlər, yerli universitetlərin bu reytinqlərdə iştirakı, Azərbaycan Tibb Universitetinin beynəlxalq akkreditasiya təcrübəsi, keçilən mərhələlər və akkreditasiyanın universitetə qazandırdığı üstünlüklər haqqında öz fikirlərini panel iştirakçıları ilə bölüşüb.

 

Tədbirin sonunda 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetlərin reytinq cədvəli açıqlanıb və fərqlənən universitetlər təltif olunub. 15-dən çox meyar üzərindən tərtib edilən reytinq cədvəlində Azərbaycan Tibb Universiteti ilk yeri tutub və bu uğuruna görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb. Həmçinin ATU-nun məzunu Drickesha Latecia Yasha Aska təhsil müddətində ictimai fəallığı ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır