Sumqayıt Tibb Mərkəzinin direktoru 1 nömrəli Xəstəxana və Perinatal Mərkəzdə mövcud vəziyyətlə tanış olub
10.01.2024 16:45
Sumqayıt Tibb Mərkəzinin direktoru (STM) Elnur Azadxanov 1 nömrəli Xəstəxanada və Perinatal Mərkəzdə mövcud vəziyyətlə yerində tanış olub.
 
STM-dən Aztibb.az-a verilən xəbərə görə, yeni təyin olunan direktor Elnur Azadxanov 1 nömrəli Xəstəxananın Təcili yardım, Cərrahiyyə, Reanimasiya, Kardiologiya, Hemodializ, Poliklinika, Radiologiya, Laboratoriya və digər şöbələrin fəaliyyəti ilə maraqlanıb. O, stasionar xidmətlərin həyata keçirildiyi palataların hazırki vəziyyətinə diqqət yetirib. Pasiyentlərin qidalanması üçün nəzərdə tutulmuş yemək rasionlarının çeşid müxtəlifliyi, keyfiyyəti və hazırlanması ilə tanış olub.
 
Sonra E.Azadxanov Perinatal Mərkəzdə olub. Direktor xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi istiqamətində işlərin gücləndirilməsinin vacibliyini bildirib.
 
Direktor müəssisələrdə tibbi personalın bacarıqlarının, fərdi praktik vərdişlərin təkmilləşdirilməsi, eyni zamanda müasir yanaşmaların beynəlxaq standart və protokollara uyğun tibbi xidmətin davamlı təşkili üçün müvafiq tapşırıqlar verib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev