Mərkəzi Gömrük Hospitalında Tibbi Laboratoriyanın rəisi vəzifəsinə təyinat olub
09.01.2024 17:42

Mərkəzi Gömrük Hospitalının həkim-laborantı, t.f.ü.d. Səbinə İbrahimova Tibbi Laboratoriya şöbəsinin rəisi təyin olunub.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, Səbinə İbrahimova 2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-laborant kimi fəaliyyət göstərir.

 

O, Hospitalın molekulyar mikrobiologiya sahəsində Real Zaman PZR modifikasiya üsulu vasitəsilə kəmiyyət və keyfiyyət nəticələri verən diaqnostik testlərin həyata keçirilməsi, COVID-19-un diaqnostikası, hepatitlərin mürəkkəb genotiplərinin müəyyənləşdirilməsi, eləcə də hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplazma, xlamidiya, sitomeqalovirus, herpes I və II, mikoplazma və bakteriya etiologiyalı digər infeksiyaların PZR analizin köməyi ilə təyin edilməsi ilə məşğuldur.

 

Səbinə İbrahimova 1997-ci ildə Bakı Dövlət Universitetinin tibbi biologiya fakültəsini bitirib. 2004-2017-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-mikrobioloq, 2017-2020-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində Molekulyar-biologiya laboratoriyasının müdiri kimi çalışıb. O, 2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” adına, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Laboratoriya şöbəsinin xidmətdə əldə etdiyi müvəffəqiyyət, qüsursuz xidmət və digər nailiyyətlərinə görə Fəxri fərmana layiq görülüb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır