Yorulmadan vətəndaşların sağlamlığının keşiyində dayanan həkim - Hatəm Axundov
16.01.2024 09:47
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız növbəti həkimimiz Hatəm Axundovdur.
 
Yorulamadan və bütün çətinliklərə baxmadan 24 saat əhalinin sağlamlığının keşiyində dayanan Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin əzmkar həkimlərindən olan Hatəm Axundov bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların sağlamlığına həsr edib.
 
O, 1973-cü ildə Laçın rayon Qarakeçdi kəndində anadan olub. 1989-cu ildə 9-cu sinifdən Bakı şəhər 5 nömrəli Kimya-biologiya təmayüllü Respublika liseyinə daxil olub. 1991-ci ildə Kimya-biologiya təmayüllü Respublika liseyinin 11-ci sinfini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. 1997-ci ildə Tibb Universitetini başa vuraraq, Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda təcrübə kursu keçib
 
Hatəm Axundov 1998-ci ildə 18 saylı şəhər poliklinikasında işə başlayıb. 1999-2000-ci illərdə “N” saylı hərbi hissədə əvvəlcə taborun tibb məntəqə rəisi, sonra tibb xidməti rəisi vəzifələrində çalışıb.
2001-ci ildən Laçın Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-kardioloq kimi fəaliyyətə başlayıb. 2023-cü ilin noyabr ayından Laçın Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır