“Sağlam olaq – Donor olaq!” - Şəhidlərin əziz xatirəsinə həsr olunmuş qanvermə aksiyası
09.01.2024 14:15

“Arpaçay Karate Klubu” və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı, İnclusive Organization Team və Mərkəzi Qan Bankının tərəfdaşlığı, həmçinin Bakı İdman Sarayının dəstəyi ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Sağlam olaq - Donor olaq!” şüarı altında qanvermə aksiyası təşkil olunacaq.

Aztibb.az-a Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyası 20.01.2024-ci il tarixində, saat 10:00-dan 16:00-dək Bakı İdman Sarayında keçiriləcək.

"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil edilən aksiyada toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz (Qan xərçəngi) xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

Qeyd edək ki, həmin tarixdə Bakı İdman Sarayında Arpaçay Karate klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə dəstəyi ilə “ARPAÇAY OPEN” karate turniri də keçiriləcək.

Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş turnirin rəsmi açılış mərasimi 20 yanvar, saat 16:00-da baş tutacaq.


Giriş sərbəstdir!

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır