ÜST-dən Qəzza bəyanatı: Qırğına son qoyulmalıdır!
09.01.2024 15:53

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial media platformasında verdiyi açıqlamada "Qəzzada qırğına son qoyulmalıdır!" - ifadəsini işlədib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Qebreyesus 600-dən çox xəstə və əksər tibb işçisinin xəstəxananı tərk etməli olduğunu bildirib.

 

Baş direktor ÜST və Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (UNOCHA) rəsmilərinin Əl-Əqsa Şəhidləri Xəstəxanasını ziyarət etdiklərini və çoxlu sayda yaralının təcili müalicə üçün gətirildiyinin şahidi olduqlarını qeyd edib.

 

Xəstəxananın Qəzzanın mərkəzi bölgəsindəki ən əhəmiyyətli sağlamlıq müəssisəsi olduğuna diqqət çəkən Qebreyesus xəstəxananın funksionallığına zərər vurmağın "mənəvi və tibbi rüsvayçılıq" olacağını vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub