Qəzzada sərhədsiz həkimlərin sığınacağına top mərmisi düşüb
09.01.2024 11:48

Sərhədsiz Həkimlər Təşkilatı (MSF) Qəzza zolağının cənubundakı Xan Yunisdəki sığınacağa artilleriya mərmisinin düşməsi nəticəsində 4 nəfərin yaralandığını bildirib.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

MSF-dən verilən yazılı açıqlamada bu gün səhər saatlarında qurumun əməkdaşları və ailələrinin yerləşdiyi Xan Yunusdakı sığınacaq divarına top gülləsinin dəydiyi qeyd olunub. Hücum nəticəsində biri 5 yaşlı qız olmaqla 4 nəfərin yaralandığı, MSF əməkdaşları ilə ailələrinin başqa yerə köçürüldüyü bildirilib.

 

Açıqlamada hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı heç bir qiymətləndirmə aparılmasa da, MSF-nin daha əvvəl İsrail qüvvələrinə sözügedən evin sığınacaq olduğu barədə məlumat verdiyi qeyd edilib.

 

Həmçinin açıqlamada hücumdan əvvəl heç bir evakuasiya təlimatı alınmadığı vurğulanaraq, “Qəzzada heç kimin və heç bir yerin təhlükəsiz olmadığını bir daha göstərən bu son hücumu qınayırıq” ifadələri işlədilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır