Yanvar ayı uşaqlıq boynu xərçəngi haqqında məlumatlandırma ayıdır!
08.01.2024 17:19
Yanvar ayı uşaqlıq boynu xərçəngi haqqında məlumatlandırma ayıdır!
 
Aztibb.az ÜST-nin Azərbaycan Nümayəndəliyinin feysbuk səhifəsinə istinadla bildirir ki, uşaqlıq boynu xərçəngi dünyada qadınlar arasında ən çox görülən dördüncü xərçəng növü hesab olunur. Hər il 300 000-dən çox qadın bu xəstəlik nəticəsində həyatını itirir. Uşaqlıq boynu xərçəng xəstəliyinə yoluxma və ölüm hallarının 90%-i aşağı və orta gəlirli ölkələrin payına düşür.
 
Uşaqlıq boynu xərçəngi hallarının böyük əksəriyyəti insan popiloma virusu (İPV) infeksiyası ilə bağlıdır. Bu xəstəlik qarşısı alına bilən və müalicə olunandır.
 
Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün bu 3 məlumatı bilmək vacibdir:
- 9-14 yaşlarında peyvənd olunmaq uşaqlıq boynu və İPV infeksiyasının səbəb olduğu digər xərçəng xəstəliklərinin qarşısını almaq üçün ən təsirli yoldur;
- Uşaqlıq boynu xəstəlikləri skrininq müayinəsilə aşkarlanır. Buna görə də ÜST peyvənd olunmuş və peyvənd olunmamış qadınların 30 yaşından başlayaraq hər 5-10 ildən bir müayinədən keçirilməsini tövsiyə edir. İİV-ə yoluxmuş qadınlar isə 25 yaşdan sonra hər 3 ildən bir skrininq olunmalıdır;
- Erkən aşkarlanma və gecikdirilmədən tətbiq olunan keyfiyyətli müalicə uşaqlıq boynu xərçəngini sağalda bilər.
 
Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində ÜST uşaqlıq boynu xərçəngi və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərlə bağlı məlumatlılığın artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev