Aorta arteriyası 11 santimetrə qədər genişlənən və partlayan xəstə uğurla əməliyyat olunub
09.01.2024 10:08

Samsunda 3 santimetr uzunluğunda olmalı aorta damarının 11 santimetrə qədər genişlənərək partladığı üçün huşsuz şəkildə xəstəxanaya yerləşdirilən 82 yaşlı Cemal Barlak eyni vaxtda angioqrafiya və əməliyyatla sağlamlığına qovuşub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Cemal Barlak 3 həftə əvvəl xəstələnərək yaxınları tərəfindən huşsuz vəziyyətdə Samsun Universiteti Tibb Fakültəsi Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. 

 

Müayinələr zamanı 3 santimetr olması lazım olan aorta damarının 11 santimetrə qədər genişlənərək partladığı müəyyən edilib. Ürək-damar Cərrahiyyəsi şöbəsinin həkimi Emrah Ereren və professor İlker Hasan Karalın apardığı əməliyyatla xəstə eyni anda həm angioqrafiya, həm də cərrahiyyə əməliyyatı keçirib.

 

Professor İlker Hasan Karal ölüm riski yüksək olan xəstələrdə belə əməliyyatların edildiyini vurğulayaraq deyib:

"Əvvəllər açıq əməliyyatlar edirdik və ölüm halları yüksək idi. Angioqrafiya şöbəsində həyata keçirdiyimiz qapalı üsul texnikası ilə son illərdə xəstələrdə ölüm riski xeyli azalıb. Xəstəmizi təcili vəziyyətdən əməliyyata apardıq. Reanimasiya şöbəsindən yeni çıxan pasiyentimizi tezliklə evə buraxacağıq”.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib