Rezident qızılca xəstəliyi haqqında məruzə oxuyub  
08.01.2024 14:14

ATU-nun Tədris Terapevtik Klinikası Rezidentura və magistratura şöbəsi ilə birgə növbəti seminar keçirib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, klinikanın baş həkimi Fəridə Hacıyeva seminarın qızılca xəstəliyınə həsr olunduğunu bildirib və məruzəçini - pediatr ixtisası üzrə təhsil alan III kurs rezident Aytac Quluzadəni təqdim edib.

 

Sonra rezidentin kuratoru, klinikanın Uşaq xəstəliyi şöbəsinin müdiri, assistent Qoşqar İsmayılov mövzu ilə bağlı fikirlərini səsləndirib.

 

Tədbirdə məruzəçi Aytac Quluza qızılcanın səbəbləri, simptomları, qorunma yolları və evdə müalicə üsullarını ətraflı təhlil edərək söyləyib ki, o, virus mənşəli, kəskin antroponoz infeksion xəstəlikdir. Qeyd olunub ki, paramiksovirusların morbiliviruslar cinsinə məxsus RNT tərkibli virus tərəfindən törədilir. Bu virus hava və damcı yolu ilə keçərək bir yaşdan beş yaşadək uşaqlarda inkişaf edir. Qızılcanı adətən yaşlı insanlar daha ağır keçirir. Həmçinin anadan keçən passiv immunitetlə əlaqədar üç aya qədər uşaqlarda qızılca baş vermir.

 

Məruzəçinin sözlərinə görə, bu virus dörd mərhələ - inkubasiya, prodromal, səpkilər və rekonvalessensiya dövrlərinə ayırd edilir. Rubeola virusu tərəfindən yaradılan qızılca, əsasən hava-damcı yolu ilə yayılır və dəri ləkələri, hərarət, limfa düyünlərinin şişməsi kimi əlamətlərlə xarakterizə olunur. Koplik ləkələri qızılca üçün patoqnomikdir, filatov, ağızda yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində adətən bir-biriləri ilə birləşməyən ağımtıl rəngdə ləkələr meydana çıxır: "Ağırlaşmalara gəldikdə isə, nekrotik və ya irinli-nekrotik panbronxit, peribronxial ocaqlı pnevmoniya, kəskin qızılca ensefaliti, kataral-nekrotik, fibrinoz xoralı kolit, sepsis, nekrotik tonzillit, otit baş verə bilər”.

 

Sonra Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov çıxış edərək vurğulayıb ki, qızılca xüsusilə uşaqlar arasında yayılan, lakin böyüklərdə də rast gəlinə bilən yoluxucu xəstəlikdir. Xəstəlik, adətən xəfif keçsə də, hamilə qadınlarda doğulacaq körpəyə ciddi təsir edə bilər. Çıxışlarda qeyd olunub ki, qızılcadan qorunmaq üçün ən mühüm addım peyvənd olunmaqdır.

 

Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev