Tofiq Əkbərov: "Qaraciyər üçün sutkalıq 160 q etanol belə təhlükəlidir"
04.01.2024 17:36

Qaraciyərin degenerativ zədələnməsinə səbəb olan alkoqol əksər hallarda sirrotik dəyişikliklər törədir.

 

Aztibb.az xəbər verir ki, Diaqnoz Tibb Mərkəzinin baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov bildirib ki, qaraciyərin alkoqol zədələnməsi dedikdə qəbul edilən spirtli içkinin növü deyil, sutkalıq etanolun miqdarı vacibdir. Məs: 10 ml etanol, 25 ml-araqda; 100ml-şərabda; 200 ml-pivədə və sair aşkarlanır. Qaraciyər üçün sutkalıq 160 q etanol belə çox təhlükəlidir. Xüsusilə daimi və periodik olaraq spirtli içki qəbul edən insanlarda qaraciyərin alkoqol piy distrofiyası, steatohepatit və nəhayət sirroz müşahidə edilir.

 

Onun sözlərinə görə, alkoqol mənşəli qaraciyər sirrozu bəzən latent gedişli olması ilə pasiyenti aldadır. Belə ki, sadəcə oynaq ağrısı, baş ağrı, yaddaş pozulması, tez yorulma, periferik qan dövranı pozulması, əsəbilik, yuxu pozğunluqu kimi simptomların məhz içdiyi hər udum spirtli içki ilə zədələdiyi qaraciyərin “harayı” olduğunu insan anlamır ya da etiraf etmək istəmir və orqanizmdə ən vacib məqamda onun üçün həyatı mühüm funksiyalar yerinə yetirən qaraciyər tədricən məhv olur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib